Sevgilimin başını qopartmaq istəyirdim - Maradona

Sevgilimin başını qopartmaq istəyirdim - Maradona
  • İDMAN

"Mən arvadını döyən kişilərdən deyiləm".

Futbol üzrə Argentina millisinin hazırda Meksikanın "Doradosa" klubunu çalışdıran sabiq hücumçusu Dieqo Maradona 28 yaşlı sevgilisi Rosio Oliva ilə ayrılıb və jurnalistlərlə söhbət zamanı bunu açıqlamamaq barədə əldə etdikləri razılaşmanın şərtlərini pozduğuna görə qadını məhkəməyə verib. Dieqo həmçinin qadını və onun ailəsini daha əvvəl hədiyyə etdiyi mənzildən də çıxartmaq niyyətindədir.
Bu barədə "La Red" televiziya verilişinə istinadən "The Sun" nəşri yazıb.
"Mən arvadını döyən kişilərdən deyiləm, lakin Rosionun başını qopartmaq istəyirdim. O öz məzuniyyətini mənim pullarımla keçirir. Düzünü desəm, mən axmaq olmuşam. Lakin indi o mənim həyatımda yoxdur. O özünü çox pis aparıb? Bununla vəkil məşğul olacaq.
Onun ailəsinə hədiyyə etdiyim ev, mənə məxsusdur. Onu özümdə saxlamaq istəyirəm. Mən Şaxta Baba deyiləm ki, düşüm küçələrə və insanlardan nə istədiklərini soruşum. Mən də digərləri kimi işləyirəm", - deyə 58 yaşlı futbolçu "La Red" verilişinin efirində bildirib.
Bundan əvvəl Maradona əməliyyat olunmaq üçün xəstəxanaya yerləşdirilmişdi. (Report)
Xəbər 484 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR