Alimlər sübut edib ki, fevralın 14-ü toy üçün ən uğursuz seçimdir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Melnburnskoqo universitetinin alimlərinin qənaətinə görə, Müqəddəs Valentin günündə evlənən cütlüklərin çoxunun ailə həyatı uğursuz alınıb. Eləcə də xüsusi günlərdə, məsələn belə 08.08.2008 tarixlərdə evlənmək məsləhət deyil.
Məlum olub ki, xüsusi günlərdə evlənən insanlar bir-birinə daha az uyğun gəlib. Professor Devid Ribarın sözlərinə görə, bu cütlüklərin çoxu əvvəllər nikahda olub və artıq onların uşaqları var. O, "Biz həmçinin xüsusi günlərdə evlənən cütlüklər haqqında onu aydınlaşdırdıq ki, onlar təhsil və yaş baxımdan bir-birinə daha az uyğundur. Bundan əlavə, Müqəddəs Valentin günü ərə gedən gəlinlər artıq hamilə olur" , - deyə bildirib.
Alimlər daha bir neçə maraqlı faktı aydınlaşdırıb. Məsələn, sevgilililər günündə evlənən cütlüklərin 11 faizi ailə həyatının 5-ci ilində boşanıb. Həmçinin xüsusi və "gözəl" tarixdə müəyyən edilmiş toylar bir çox hallarda ləğv olunub. Və müqayisə üçün o da qeyd olunub ki, adi günlərdə evlənən cütlüklərin yalnız 8 faizi beş ildən sonra boşanıb.
Sonra alimlər evliliyin doqquzuncu ildönümü ilə də bağlı statistikanı nəzərdən keçirib. Həmin statistikaya əsasən, Müqəddəs Valentin günündə qeydə alınan nikahların 21 faizi, xüsusi günlərdə baş tutan toyların isə 19 faizi boşanma ilə nəticələnib. Adi günlərdə ailə quran cütlüklərin boşanma faizi isə 16 olub.
Aktual.az
Xəbər 1082 dəfə oxunub.