İsmayıllı rayonunda toyuna dörd gün qalmış özünü asan oğlanın əməli hər kəsdə sual yaradır. Mican kəndində yaşayan 24 yaşlı Asiman Hidayətovun boğazına kəndir keçirməsinin səbəbini Milli.Az öyrənə bilib.
Nişanlı A.Hidayətov toy ərəfəsində sevgilisindən aldığı cavabdan şoka düşüb. Artıq toy əhvalında olan Asimanın nişanlısı fikrini dəyişib və onunla evlənməkdən imtina edib. Nişanın qaytarılacağından sarsılan Asiman yaşadığı evin zirzəmisinə düşərək özünü öldürmək istəyib. Kəndirlə özünü asıb.
Ailə üzvləri onun intihar cəhdindən tez xəbər tutaraq kəndiri boynundan çıxarıblar. A.Hidayətov ağır vəziyyətdə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Yayılan məlumatlara görə, A.Hidayətovun sentyabrın 20-də toyu olacaqdı.
Hadisəni araşdırırıq...
Xəbər 1268 dəfə oxunub.