Sevdiyiniz qadının doğulduğu ayı mütləq soruşun – çünki...

Sevdiyiniz qadının doğulduğu ayı mütləq soruşun – çünki...

Bizim.Yol.Biz-in bu gün təqdim edəcəyi xarakter analizi bürclərə deyil,  psixoloq rəylərinə əsaslanır. Psixoloqlar insanın doğulduğu fəslin və ya ayın onun gələcək taleyində rol oynadığını iddia edirlər. Xüsusən də  kişilərə nisbətən daha emosional olan qadınlarda doğulduqları aya görə xarakter analizi özünü çox göstərir. Beləliklə  başlayaq!

 Yanvar qadınları

Yanvar ayında doğulan qadınlar dözümlü, inadkar, ambisiyalı, nizam intizam sevən olurlar. Həyata və qarşılıqlı münasibətlərə ciddi yanaşır, öz konservativ fikirləri ilə seçilirlər. Tənqidçidirlər, lakin bu sizin üçün ən yaxşısını arzulamalarından irəli gəlir. Duyğularını dilə gətirməyi sevmirlər.Onlar özləri ilə eyni inttellektual səviyyədə olan insanları yaxına buraxırlar. Yanvar qadınları ilə yaxın olmaq istəyən kişilərin həyata baxışı da  onlarınkına bənzər olmalıdır.

Fevral qadınları

Onlar çox romantikdirlər. Fevral qadınlarına səbirlə yanaşmaq lazımdır. Onların ruhunu hər kişi anlaya bilməz. Daima dəyişən  ovqata malikdirlər. Onlara hər kəs yox özləri kimi "xüsusi” kişilər lazımdır. Abstrakt  düşüncə  tərzləri və  fantaziyaları yüksəkdir. Onlara bir dəfə kiçicik bir yalan söyləsəniz bir daha üzülərini görə bilməyəcəklsizniz.

Mart qadınları

Bu qadınlar  güclü cazibələri və xarizmaları ilə seçilirlər. Çox sadiqdirlər. Onlara hər kəs sirrini rahatlıqla etibar edir.  Onlar çətin aşiq olurlar. Mart qadınlarını ən  kiçik bir sözlə və ya yalnış mühakimə ilə incitmək olar. Onlar bir dəfə aşiq olurlar və bu ömürlük olur. Martda doğulan kişilər onlar üçün əla seçim olardı.

Aprel qadınları

Anadangəlmə diplomatdırlar. İstənilən insanla asan dil tapa bilirlər. Yeganə çatışmayan cəhətləri arada bir özlərinə yazıqları gəlmələridir. Çox qısqancdırlar. İstənilən zəmində  münaqişə zamanı bomba kimi partlayan bir qadınla qarşı qarşıya qalacaqsan. Aprel qadını ilə  aranız dəyibsə mübahisə etmədən başqa otağa keçib sakitləşməsini gözləyin. Bununla belə bu qadınlar  əylənməyi bacarırlar. Ərlərinə  keyifli bir həyat yaşadacaqlar. Ürəklərini yalnız layiq olana verirlər.

May qadınları

May qadınları öz fikirlərinə əmin və   məqsədyönlü qadınlardırlar. Onların güclü daxili kompası var, heç bir zaman bu kompasın əmrlərindən kənara çıxmaq istəmirlər. Zahirən cazibədardırlar. Xarakterləri isə mürəkkəbdir. Onlara aşiq olan kişilər üçün təhlükəli hesab olunurlar. Əgər bu sevgiyə sevgi ilə cavab verməsələr  kişinin həyatında qara sevdaya çevriləcəklər. May ayında doğulan qadını siz ömrünüz boyu unutmayacaqsınız.

 İyun qadınları

Hər şeylə maraqlanan, yaradıcılığa həvəsli qadınlardır. Əsas nöqsanları  ağıllarından nə keçirsə dillərinə gətirmələridir. Sözləri seçmədən istifadə edirlər. Onların prinsipi budur- hər şeyi üzə de. Bununla onlar başqalarını nə dərəcədə incitdiklərini alamırlar. Sevgidə təhlükəli oyunçudurlar. Kişi onların əlində oyuncağa çevrilir. İyun qadınlarını yaxşı tanıyın ki, sevgi qurbanı olmayasınız.

İyul qadınları

Bu qadınlar öz yaxınları ilə münasibətdə  çox dürüst və açıqdırlar. Qalanları üçün isə onlar gözəl, sirli, ağıllı və əlçatmaz hesab olunurlar. Münaqişələrdən uzaq durur, nəzakətli olmağa çalışırlar. Onlar yalanı bağışlamırlar. Bu səbəblə onları itirə bilərsiniz.

Avqust qadınları

Böyük ürəkləri olan qadınlardırlar. Münasibətlərdə hər zaman qadın qələbə çalır. Yalnız brilliant kişilər avqust qadını ilə yaşayıb onun kabluku altında olmadığını düşünə bilərlər. Gözəl yumor hissinə malikdirlər. Lakin kiminsə onları lağa qoymasına dözə bilmirlər. Diqqət mərkəzində olmağı sevirlər, kişilər onlara qarşı hər zaman diqqətlidirlər. Kişilər onların yanında başlarını itirirlər.

Sentyabr qadınları

Zahirən gözəl, mehriban, nizam intizamlıdırlar. Sentyabr qadınları onlara edilən pisliyi unutmurlar. Ehtiyatlıdırlar, təəssüf ki, intiqamçıdırlar. Ömürlük münasibətlərə üstünlük verirlər. Bir gecəlik sevgi axtaran kişilər bu qadınların diqqətini çəkmir. Bu qadınlar surətpərəstdirlər.  Seçicidirlər. Onlara insan bəyəndirmək asan deyil.

Oktyabr qadınları

Güclü xarakterə malikdirlər. Çox emosionaldırlar. Lakin başqalarının gözü önündə ağlamırlar. Ağıllıdırlar. Buna görə də ürəklərini hər kəsə açmırlar. Bu qadınları digər qadınlar çox qısqanırlar. Onlar ən yaxşı kişiləri seçir və gözəl həyat yaşayırlar. Bu təbiətin onlara töhfəsidir.

Noyabr qadınları

Hər zaman başqalarından bir addım qabaqdadırlar. Aktivdirlər,  yalanı anında anlayırlar. Bu qadınların hissləri ilə oynamaq olmaz. Bunun axırı pis qurtara bilər. Atəşlidirlər. Ambisiyaları var. Onlarla darıxmazsınız. Onların  rəyini almaq istəsəniz yalnız doğru cavab verəcəklər.

Dekabr qadınları

Dözümsüzdürlər, lakin ixtiraçıdırlar. Uğurlu taleləri olur. İstənilən vəziyyətdən qələbə ilə çıxırlar. Ərlərinin ovatını yüksəltməyi bacarırlar. Açıq ürəklidirlər. Həyat onları yaralaya bilməz. İstədiklərini əvvəl axır əldə edirlər.
 
Aktual.az
Xəbər 2995 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR