Sevdiyiniz kişi daima yanınızda olsun istəyirsinizsə, bu qaydalara mütləq əməl edin!

Sevdiyiniz kişi daima yanınızda olsun istəyirsinizsə, bu qaydalara mütləq əməl edin!

Qadın – kişi əlaqələrində xoşbəxt və sağlam münasibət qurmaq elə də asan bir iş deyil. Zaman-zaman bir-birindən sıxılmalar, ən xırda məsələdən yaranan problemlər getdikçə çıxılmaz vəziyyətə gətirə bilir. 

Qaynarinfo.Az xəbər verir ki, akademiya qurucusu, təlimçi və məsləhətçi Gülay Döyüş qadın-kişi arasındakı əlaqələri sağlam tutmağın 10 qızıl qaydasını açıqlayıb.

Güvənin: Əvvəl özünüzə güvənin. Sonra qarşınızdakı adama və əlaqəyə güvənin. Güvənsəniz ego ortaya çıxmaz və ego yox olmağa başlayar. 

Sevgi Təməli: Asılılıq, bağlılıq əlaqəsi yox, sevgi əlaqəsi qurun. Eqo "digərinə sahib ol” deyər , amma sevgi "azad burax” deyir. Sahiblənmək, digərini öldürür. O zaman sevgi zamanla itir və da böyük bir həbsxana meydana gəlir. Bunu etmənin bir çox yolu vardır: davamlı qısqanclıq, sahiblənmək, getdikcə eqodan qaynaqlanan kobudluq. Belə olan halda digəri artıq bir əşya, mal halına gəlir. Çünki bir mala, əşyaya sahib olmaq bir insana sahib olmaqdan daha asandır. Çünki bir əşya sənə qarşı gələ bilməz, üsyan edə bilməz, icazəsi olmadan uzaqlaşmaz və ya başqasına aşiq ola bilməz. 

Azad buraxın: Hər insan, bir toxumdur. Tanışlığın içində olduğumuz digər insanlar da, eyni torpaqdakı digər toxumlardır. Bir saxsıya belə, eyni toxumdan 5 sm ayrı əkilsə, iki toxum da çiçək açmır  və böyümür. Münasibətlər də eynilə belədir. Məsafələrimizi qorumaq, qarşılıqlı müəyyən azadlıqları vermək, fərd olduğunuzu unutmamaq çox vacibdir. 

Ünsiyyət qurun: Hər insan, ayrı bir dünyadır. Qarşınızdakı adama nəzakətli davranın. Ünsiyyət yaradın. Özünüzü izah etməyə çalışmaqdan çox, qarşı tərəfi anlamağa çalışın. 

Dəyər verin: Əlaqənizdəki dəyərlərin fərqində olun. Əvvəl özünüzə, öz mənliyinizə, varlığınıza və sonra da qarşınızdakı adamın dəyərlərinə dəyər verin. 

Açıq ünsiyyət qurun: Əlaqələrinizdə, bir-binizə qarşı duyğu və düşüncələrinizdə açıq sözlü olun. Dəqiq danışın. Tələb, arzu və şikayətlərinizi içərisində çox "mən, mən, mən” olan sözlərlə dilə gətirməyin. Eqonu hər zaman boğmağa çalışın. 

Sürpriz edin: Əlaqənizi qarşı tərəfin dəyərlərinə uyğun gələn şirin, balaca süprizlərlə canlandırın. 

Baxımlı, diqqətli olun: Sevdiyiniz insanla əlaqənizdə, həyəcanını qorumaq üçün əvvəl özünüz , sonra əlaqənizə diqqətli və baxımlı olun. 

Fərqi mütəq hiss edin: Qadın və kişi şəxsiyyətlərini, fizalogiyasını, düşünmə şəkilləri arasındakı fərqi görün. Bu mövzuda araşdırın, öyrənin. Mövzu ilə əlaqədar kitablar oxuyun. 

Qəbul edin: Hər insan ayrı bir dünyadır. Onu olduğu kimi qəbul edin. Dəyişdirməyə çalışmayın. Kəşf edin. 
 
Aktual.az
Xəbər 2228 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR