Gəncədə intihara cəhd olub.
Aktual.az-ın APA.TV-yə istinadən məlumatına görə, 1991-ci il təvəllüdlü şəhər sakini Etibar Musayev şəhərin Heydər Əliyev prospektində yerləşən banklardan birinin üzərinə çıxaraq özünü atmaq istəyib.
Əraziyə Gəncə şəhər Baş Polis İdarəsinin və FHN-in əməkdaşları cəlb edilib.
E.Musayev ailə qurmaq istədiyi qızı ailəsi ona vermədiyi üçün bu yola əl atdığını bildirib. Onunla söhbət aparılıb.
Ailə qurmaq istədiyi qızın valideynləri əraziyə gətirilib və bir ildən sonra qızı ona verəcəkləri ilə bağlı razılıq olub. Bundan sonra E.Musayevi yerə düşürtmək mümkün olub.
Qeyd edək ki, E.Musayev dünən sözügedən səbəbdən intihar məqsədilə gəmiricilərə qarşı istifadə olunan zəhər içərək, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Aktual.az