Sevdiyi qızı qəddarlıqla öldürdü, cəzasıyla razılaşmadı - EKSKLÜZİV FOTO

Sevdiyi qızı qəddarlıqla öldürdü, cəzasıyla razılaşmadı - EKSKLÜZİV FOTO

Sumqayıt Apellyasiya Məhkəməsində Bakı ş. sakini Cəfər Ağayevın (1990-cı il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə məhkəmə prosesi keçiriləcək. 

Aktual.az xəbər verir ki, ötən il yanvarın 22-də Sumqayıt şəhərinin Corat qəsəbəsində Cəfər Ağayev qəsəbə sakini, 24 yaşlı Səbinə Salayeva 26 bıçaq zərbəsi vurmaqla, onu qətlə yetirilib və hadisə yerindən qaçıb. Daxil olan məlumat əsasına qızın meyitinə və hadisə yerinə baxış keçirilib, həmin gün Ağayev şübhəli şəxs qismində saxlanılıb, onun barəsində ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İlkin dindirmə zamanı əvvəllər məhkum olunan şəxs qətli törətməsinə səbəb kimi mərhumun onu sevməməsini göstərib: "Sevgimə cavab vermədi, ona görə öldürdüm”.

İstintaqın gedişatına məlum olub ki, Səbinəni sevən Cəfər onunla hər cür vasitə ilə isti münasibət qurmağa çalışıb, lakin Salayeva ondan əl çəkməsini və onu sevmədiyini bildirib. Dəfələrlə qız atasına şikayət edib, öz növbəsində atası Ağayevdən Səbinəyə yaxın durmamasını və onu təqib etməməsini tələb edib. Buna baxmayaraq Cəfər öz xuliqanlıq hərəkətlərini davam etdirib, Səbinə hətta bəzi günlər ona görə işə də çıxmayıb. Ailə üzvlərinin gediş-gəlişini izləyən Ağayev yanvarın 22-də hasardan onların həyətinə keçib, sonra isə qızı həyətdə yaxalayaraq, ona çoxsaylı zərbələr endirib.  

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəfər Ağayev 19 il müddətinə azadlıqdan məhrum olunub.

Hökmdən məhkum apellyasiya şikayəti verərək, cəzasının azaldılmasını xahiş edib.

İş üzrə hazırlıq iclası fevralın 7-nə təyin edilib, məhkəmənin yekun qərarı barədə məlumat veriləcək.




Xəbər 3745 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR