Səudiyyə Ərəbistanı Suriyada quru əməliyyatları ilə bağlı növbəti dəfə açıqlama verib.
Aktual.az axar.az-a istinadən bildirir ki, krallığın xarici işlər naziri Adil Cübeyr Suriyada Əsəd rejiminə qarşı yox, İŞİD-ə qarşı döyüşəcəklərini deyib:
"Səudiyyə Ərəbistanı koalisiyanın bir hissəsi olaraq İŞİD-i yox etmək üçün Suriyaya quru qoşunlarını göndərmək istədiyini dilə gətirib. Yeganə istəyimiz və vəzifəmiz budur".