ŞƏT-də maraqlı təklif: Vahid valyuta yaradaq!

ŞƏT-də maraqlı təklif: Vahid valyuta yaradaq!

İran prezidenti vəzifəsini icra edən Məhəmməd Mühbir Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) qabaqcıl texnologiyalarına əsaslanan vahid valyutanın tətbiqi ilə bağlı ciddi müzakirələrin aparılmasını təklif edib.
Aktual.az xəbər verir ki, bu barədə Məhəmməd Müxbir ŞƏT-in Astanada keçirilən sammitində bildirib.
"ŞƏT-in dünyada və regionda rolunun gücləndirilməsinə yönəlmiş ən mühüm addımlardan biri assosiasiya üzvləri arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi ola bilər. Bu sahəyə milli valyutalardan istifadənin genişləndirilməsi və ya ümumi valyutanın yaradılması daxildir. Bu, böyük maraq doğurur və müzakirə üçün ciddi səbəbdir”, - o qeyd edib.
Xəbər 190 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR