Səsvermə protokollarının məntəqə seçki komissiyalarına verilməsi yekunlaşır

Səsvermə protokollarının məntəqə seçki komissiyalarına verilməsi yekunlaşır

Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar səsvermə protokollarının dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi sabah başa çatır.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisə seçkilərlə bağlı Təqvim Planına əsasən, səsvermə protokollarının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına çatdırılması oktyabrın 12-də başa çatıb.

Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası poliqrafiya müəssisəsindən səsvermə protokollarını aldıqdan sonra səsvermə gününə azı 20 gün qalmış müvafiq dairə seçki komissiyası sədrinin və katiblərinin iştirakı ilə protokolların sayını, seriya və nömrələrini, verilmə tarixini, vaxtını göstərməklə akt tərtib edib, protokolları seçki məntəqələrinin sayı nəzərə alınmaqla dairə seçki komissiyasının sədrinə verir. Dairə seçki komissiyası səsvermə gününə ən azı 4 gün qalmış protokolları göstərilən qaydada məntəqə seçki komissiyalarına verir.

Xəbər 467 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR