Səssiz düşmən – hipoqlikemiya

Səssiz düşmən   – hipoqlikemiya

Hipoqlikemiya tez-tez rast gəlinən patologiyalardan biridir.

Aktual.az  immunitet.az-a istinadən bildirir ki, bu patologiya əksər hallarda gizli gedişə malık olur və ağırlaşdığı zaman meydana çıxır. Ağırlaşması hipoqlikemik koma sayılır və ölümə səbəb ola bilir. Bu xüsusiyyətinə görə hipoqlikemiyaya bəzən "səssiz ölüm" də deyilir. Xəstəliyin əlamətləri nədir?

Hiperqlikemiya qanda şəkərin miqdarının həddindən artıq düşməsidir. Qida qəbulu ilə əlaqədar olaraq qanda şəkərin miqdarının qalxıb düşməsi normal sayılır. Əgər qanda şəkərin miqdarı normadan aşağı düşərsə, bu zaman az qlükozaya sahib olan qan orqan və toxumalarımıza az enerji daşıyar. İnsan beyninin tək enerji qaynağı qlükoza olduğu üçün qlükozasız qan beyini normal qidalandırmır. Adətən beyin düşünərkən, yatarkən, oyaq ikən, hətta yuxu görən zaman enerji qaynağı olaraq qlükozadan istifadə editr. Əgər beynimiz lazım olan qədər qlükoza qəbul eləmirsə "şəkər aclığı" yaşayır. Bu zaman bəzi əlamətlərlə hipoqlikemiya ortaya çıxır ki, bu zaman sanki beyin qlükoza çatışmazlığına üsyan edir.
Hipoqlikemiya əlamətləri qanda şəkərin miqdarı 50-dən aşağı olduğu zaman meydana çıxır. Bu əlamətlər aşağıdakılardır:
- baş hərlənməsi
- baş gicəllənmə
- diqqətsizlik
- yaddaşsızlıq
- düşüncənin itməsi
- məntiqin itməsi
- unutqanlıq
- əsəbilik
- aqressiv davranışlar.
Əlamətlər vaxtında aradan qalxmasa, xəstə hipoqlikemik komaya düşüb ölə bilir.
Xəsləlik özünü çox iştahanın olması ilə göstərir. Belə xəstələr tez-tez yeyir amma 2 saat keçməmiş yenidən acırlar. Onlar daima şirniyyata ehtiyac duyur və məcburən şirniyyat və un məmulatları ilə qidalanırlar. Belə xəstələrin yeməklərinin vaxtını ötürməmələri vacibdir. Onların qidasında qatıq, ayran, yumurta, fındıq, qoz, alma, potağal və başqa proteinli qidalar gün ərzində 3 dəfə yeməkdən əlavə olaraq qəbul edilməlidir.
Xətəliyə diaqnoz qoymaq çox asandır. Əgər siz də tez-tez acırsınızsa, yemək qəbulundan sonra tərləyirsinizsə və yaxud yuxunuz gəlirsə, yeməyiniz gecikdiyi zaman əllərinizdə titrəmə varsa, qanda şəkərinizin miqdarını acqarına və yeməkdən sonra yoxladın.

Xəbər 647 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR