Səs saldığına görə böyük bacısını öldürən gəncin cəzası dəyişdirilib - EKSKLÜZİV FOTO

Səs saldığına görə böyük bacısını öldürən gəncin cəzası dəyişdirilib - EKSKLÜZİV FOTO

Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Emin Çobanovun (1994-cü il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə məhkəmə prosesi başa çatıb. 

Aktual.az xəbər verir ki, qətl ötən il mayın 26-da Nərimanov rayonu, F.Yusifov küçəsi ev 36, mənzil 42-də baş verib. 
Səhər saatlarında Emin Çobanov şəxsi münasibətlərin aydınlaşdırılması zəminində bacısı Rübabəyə (1986-cı il təv.) mətbəxdən götürdüyü bıçaqla bir neçə zərbə vurub. Nəticədə ağır yarlanan qız kəskin qanitirmədən hadisə yerində dünyasını dəyişib. 

Daxil olan məlumat əsasında hadisə yerinə Nərimanov RPİ 17-ci polis bölməsi və rayon prokurorluğunun əməkdaşları cəlb olunublar. Cinayəti törədən Emin polisləri mənzildə gözləyib və onlara təslim olub. 

İstintaqın gedişatında hadisənin qeyri-ciddi səbəbdən baş verməsi müəyyən edilib. Belə ki, Rübabə səhər tezdən durub ki, işə getməyə hazırlaşsın. Bir neçə dəqiqədən sonra yaranan səsə Emin oyanıb və bacısına səs saldığını irad tutub. Bacısının cavabından hiddətlənən Çobanov yataqdan qalxaraq, əlini bıçağa atıb və Rübabəyə zərbələr endirib.  

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

Hökmdən məhkum apellyasiya şikayəti verib. 

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq birinci instansiya məhkəməsi hökmünün dəyişdirilməsi barədə qərar qəbul edib. Emin Çobanova təyin edilən cəza müddəti barədə əlavə məlumat verilməyib. 
 




Xəbər 1111 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR