Şəkidə sirkə turşusundan zəhərlənərək xəstəxanaya yerləşdirilən şəxs orada ölüb.
Aktual.az xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasından ans press-ə verilən məlumata görə, şəhərin Məmməd Əmin Rəsulzadə küçəsində yaşayan 1961-ci il təvəllüdlü Ramiz Şahid oğlu Həmzəyev sirkə turşusu içərək zəhərlənib.
Zəhərlənən 55 yaşlı kişi ailə üzvlərinin köməyi ilə dərhal xəstəxanaya çatdırılıb. Tibb müəsisəsində 1 gün müalicə edilən kişi xəstəxanada dünyasını dəyişib.
Ramiz Həmzəyev dünyasını dəyişməzdən əvvəl xəstəxanada olarkən ilkin ifadəsində yaşadığı ünvanda sərxoş vəziyyətdə səhvən sirkə turşusu qəbul etdiyini bildirib.
Ancaq onun intihar məqsədi ilə də belə bir addım atdığı istisna edilmir.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Aktual.az