Sərxoş sürücülərə qarşı reyd keçirildi

Sərxoş sürücülərə qarşı reyd keçirildi

Göygöl rayonunda sərxoş sürücülərə qarşı reyd keçirilib.

Aktual.az xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, istirahət mövsümündə rayon ərazisində və istirahət mərkəzlərində nəqliyyat vasitələrinin təhlükəsizlik hərəkətini təmin etmək üçün Göygöl rayon Dövlət Yol Polisi bölməsinin əməkdaşları reydlərə başlayıblar. Ötən gün keçirilən reyd zamanı qayda pozan 11 sürücüsü saxlanılıb. Onlardan 2 nəfəri sərxoş halda avtomobil idarə etməsinə görə, digərləri isə sürücülük hüququ olmadan sükan arxasına əyləşmələrinə görə, avtomobilin konstruksiyalarına dəyişiklik etmələrinə görə məsuliyyətə cəlb olunublar.

Reydlərin bundan sonrada davam etdiriləcəyi bildirilib.

Xəbər 355 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR