Sərxoş sürücü yol polisi əməkdaşını vurdu

Sərxoş sürücü yol polisi əməkdaşını vurdu

Bayramla əlaqədar olaraq Baş Dövlət Yol Polisi əməkdaşları istirahət zonalarında nəzarəti gücləndirib.



Aktual.az xəbər verir ki, idarə əməkdaşlarının Göygöl rayonu ərzasində keçirdiyi reyddə insident qeydə alınıb.



Hələlik şəxsiyyəti məlum olmayan sürücü və 2 sərnişini xidməti vəzifəsini yerinə yetirən yol partul xidməti əməkdaşı Ağa Məmmədovu daş parçası ilə yaralayıb. Məmmədov dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.


İnsidenti törədən sürücü və sərnişinlər isə hadisə yerindən qaçmağa müvəffəq olublar. Hazırda polis onların tutulması istiqamətində əməliyyat-axtarış təbdirlərini davam etdirir.



Qeyd edək ki, Ağa Məmmədov Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının inspektorudur. Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Xəbər 713 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR