Sərxoş futbolçu velosipedçini vurdu

Sərxoş futbolçu velosipedçini vurdu
  • İDMAN

“Everton”un və İrlandiya millisinin yarımmüdafiəçisi Darron Qibson içkili vəziyyətdə qəza törədib.

Aktual.az xəbər verir ki, futbolçu sərxoş vəziyyətdə idarə etdiyi Nissan GTR markalı avtomobiliylə velosipedçini vurub.

Hadisə Mançester şəhərində baş verib. Ən pisi odur ki, Qibson velosipedçini vurduqdan sonra hadisə yerindən uzaqlaşmaq istəyib. Amma təkərdəyişmə məntəqəsində növbəti dəfə idarəetməni itirib və saxlanılıb.

Yoxlama zamanı futbolçunun qanında spirtin miqdarı həddən artıq çıxıb. Xoşbəxtlikdən ikitəkərli nəqliyyat vasitəsinin sahibi ciddi xəsarət almayıb.

Sentyabrın 1-də Qibson məhkəmə qarşısına çıxacaq. Onu külli miqdarda pul cəzası və sürücülük vəsiqəsindən məhrumetmə cəzası gözləyir.

2012-ci ildə 1 milyon funt sterlinqə “Mançester Yunayted”dən “Everton”a keçən 27 yaşlı yarımmüdafiəçi İrlandiya millisində 20 oyunda meydana çıxıb və yalnız bir dəfə qol sevinci yaşayıb.

 
Xəbər 686 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR