Sərxoş ata oğlunu bıçaqladı - Bakıda

Sərxoş ata oğlunu bıçaqladı   - Bakıda

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. Binə qəsəbəsi, İlqar Əhmədov 2 ünvanında yaşayan 34 yaşlı Rauf Mehdiyev xəstəxanaya çatdırılıb.

Aktual.az  anspress-ə istinadən bildirir ki, yaralı əməliyyat olunub. Həkimlər Rauf Mehdiyevin döş nahiyəsində bir bıçaq xəsarətinin olduğunu deyiblər.

Raufu atası Rafael Mehdiyev bıçaqlayıb. Hadisə ailə münaqişəsi zəminində baş verib. Rafael Mehdiyev evdə spirtli içki içən zaman oğlu Rauf ona iradını bildirib. Oğlunun iradı atanı əsəbiləşdirib. Yaranan mübahisə zamanı sərxoş Rafael Mehdiyev oğlunu bıçaqlayıb. Faktla əlaqədar Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Oxşar zəmində hadisə ötən gün paytaxtda yaşanıb - ər arvadını bıçaqlayıb. Acınacaqlı məqamlardan biri isə hadisənin azyaşlı uşağın gözləri qarşısında törədilməsidir. ANS TV-nin məlumatına görə, qeyri-rəsmi nikah münasibətlərində olan qadını bıçaqlayan 52 yaşlı Bəxtiyar Məmmədov əməlinə haqq da qazandırmağa çalışıb.

Suraxanı polisi tərəfindən qolu qandallanan Bəxtiyar bir neçə gün öncə övladı ilə ata yurdu - Astara rayonuna getdiyini deyir. Hadisə günü evə qayıdan zaman həyat yoldaşı 43 yaşlı Aytəkin Qüdrətovanın onu qarşılamasından xoşlanmayıb.

Xəbər 355 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR