İranın Şərqi Azərbaycan əyalətinin başçısı İsmayıl Cabbarzadə oktyabrın 19-22-də Azərbaycana səfər edəcək.
İ.Cabbarzadə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin dəvəti ilə Azərbaycana gəlir. Səfər çərçivəsində əyalət başçısı Azərbaycanda bir sıra görüşlər keçirəcək, Azərbaycan və İran arasında əlaqələrin, xüsusilə iqtisadi əlaqələrin inkişaf etdirilməsi müzakirə olunacaq.
Qeyd edək ki, cari ilin fevral ayında E.Vəliyev Təbrizə səfər etmişdi. Səfər çərçivəsində İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhəri ilə Azərbaycan Respublikasının Gəncə şəhəri qardaş şəhərlər elan olunmuşdu.