Sərnişinlərin nəzərinə: 18 və 96 nömrəli marşrutlar bərpa edildi

Sərnişinlərin nəzərinə:   18 və 96 nömrəli marşrutlar bərpa edildi

İyun ayının 9-da bağlanan “Xaliq Faiqoğlu” şirkətinə məxsus 18 və 96 nömrəli marşrutlar yenidən xəttə buraxılıb.
Aktual.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Modern.az saytına açıqlamasında faktı təsdiqləyib:
 
“Bəli, 18 və 96 nömrəli marşrutlar xəttədir”.
Qurum rəsmisi məsələyə dair əlavə şərh vemək istəməyib.
Qeyd edək ki, iyunun 9-da BNA 16, 18 və 96 saylı marşrut xətlərinin tələblərə cavab vermədiyini və təkrarlanan marşrut xətləri hesab olunduğunu əsas gətirərək bağlandığını elan etmişdi.
Onu da bildirək ki, məlumat yayılandan sonra sözügedən marşrut xətləri üzrə hərəkət edən avtobus sürücüləri etiraz aksiyası keçirmişdi.
Xəbər 537 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR