"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 2 gün sərnişinlərə pulsuz xidmət göstərəcək.
Bu barədə Aktual.az-a QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.
Məlumatda bildirilib ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 12 və 22 may 2017-ci il tarixlərində IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanışmərasimləri başa çatandan sonra, "Koroğlu” - Bakı sərnişin stansiyası marşrutu üzrə işləyən "KİSS” markalı ikimərtəbəli elektrik qatarlarından istifadə edən sərnişinlərin Biləcəri-Xırdalan-Sumqayıt istiqamətində də ödənişsiz daşınması təmin ediləcək.
Aktual.az
Xəbər 341 dəfə oxunub.