“BakuBus” avtobuslarında kondisionerlər daimi olaraq mayın sonundan qoşulacaq.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahyarova bildirib.
Son günlər ictimai nəqliyyatdan istifadə edən sərnişinlər tərəfindən ən çox müraciət olunan məsələ "BakuBus"-a məxsus avtobusların salonunda kondisionerlərin daimi qoşulmamasıdır deyə o bildirib: “Məlumat üçün qeyd edim ki, tam yay rejiminə keçid mayın 28-dən nəzərdə tutulduğu üçün bu tarixə qədər günün pik saatlarında sərnişinlər bilavasitə sürücüyə müraciət edərlərsə bu problem aradan qaldırılar. Daimi rejimdə fəaliyyətə isə Mayın sonundan keçiləcək”.