Səudiyyə Ərəbistanının silahlı qüvvələri Yəməndə hərbi əməliyyata başlayır.
APA-nın “AFP”-yə istinadən verdiyi məlumata görə, bunu Vaşinqtonda Krallığın səfiri Adel əl-Cubey bəyan edib.
“Əməliyyatın məqsədi qanuni hökumətin müdafiəsidir”, deyə səfir vurğulayıb.
Onun sözlərinə görə, hərbi əməliyyatlarda 9 ölkənin hərbçiləri iştirak edəcək. Əməliyyatın detalları hələlik açıqlanmır.