Sərnişin takisi sürücüsünü qətlə yetirdi – Gedişhaqqına görə

Sərnişin takisi sürücüsünü qətlə yetirdi – Gedişhaqqına görə

 Şəmkir rayonunda sərnişin takisi sürücüsünü qətlə yetirib.
 
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun İrmaclı kəndinə baş verib.  
Belə ki, Şəmkirdə taksi sürücü kimi fəaliyyət göstərən rayon sakini, 1954-cu il təvəllüdlü Arif Mursəl oğlu Yusibovun avtomobilinə sərnişinn qismində əyləşən, 1993-cü il təvəllüdlü İsgəndərov Ayvaz İsmayıl oğlu sürücüyə rayonun İrmaçlı kəndinə gedəcəyinu deyib və maşını həmin kəndə sürdürüb. Ora çatanda sərnişinlə sürücü arasında gedişhaqqı üstdə mübahisə düşüb. Nəticədə A.İsgəndərov sürücünü bıçaqlayıb. Çox saylı bıçaq xəsarətləri alan A.Yusibov yerləşdirildiyi xəstəxanada ölüb.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
Xəbər 353 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR