Sərnişin daxili orqanında psixotrop maddə keçirmək istədi

Sərnişin daxili orqanında psixotrop maddə keçirmək istədi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Sankt Peterbur-Bakı aviareysi ilə gələn sərnişindən isə 72 qrama qədər psixotrop maddə aşkar edərək götürüb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan vətəndaşı Ağami Seyid-Hüseyn Mirmehti oğlu gömrük nəzarətindən keçdikdən sonra saxlanılıb. Qanunvericiliyə uyğun şəkildə onun üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı onun daxili orqanı-düz bağırsağından 3 ədəd bükümdə 71,604 qram ağ rəngli, kristal şəklində narkotik vasitə - metadon aşkar olunub.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.

Xəbər 471 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR