Rusiyanın Saratov şəhərində sərnişin avtobusu naməlum şəxslər tərəfindən atəşə tutulub.
"Report" "Versiya-Saratov"a istinadən xəbər verir ki, hadisə şahidləri 6 saylı avtobusun şəhər parkı yaxınlığında yandan ötən minik avtomobili tərəfindən atəşə tutulduğunu bildiriblər.
İlkin məlumatlara görə, zərərçəkən yoxdur, lakin bəzi sərnişinlərin üzərinə şüşə parçaları tökülüb.
Aktual.az