Sərkisyan xalqı müharibəyə çağırdı

Sərkisyan xalqı müharibəyə çağırdı

Ermənistanın 3-cü prezidenti, Xocalı qatili Serj Sərkisyan xalqı müharibəyə səsləyib.
Aktual.az xəbər verir ki, bu barədə onun 28 may - Müstəqillik Günü ilə bağlı yazılı müraciətində əks olunub.
Sərkisyan bildirib ki, "106 il əvvəl olduğu kimi”, bu gün də milli şüur, tarixi məsuliyyət və fədakar şücaət dövrüdür.
O, "erməni xalqının sədaqətli övladlarının” 1918-ci ilin "may döyüşlərində” qəhrəmanlıqla vuruşaraq, müstəqillik əldə etdiklərini bildirib.
"Dünən də, bu gün də türk zülmü altında təslim olmağa, alçaldıcı şərtlərlə sülh dilənməyə, acınacaqlı bir mövcudluğa çağıranlar bütöv milli hüquq, mənafe və təhlükələri dərk etməyə, reallığın gözünə baxmağa və hərəkət etməyə cəsarət etməmişlər və etmirlər.
Tarix şahiddir: zəfər layiq olanlara verilir və bu gün, may qəhrəmanlıq döyüşlərindən bir əsrdən artıq vaxt keçdikdən sonra hər birimizin seçimi qələbəyə layiq olmaq və ya lənətə gəlməkdir.
Əminəm ki, dövlət və kilsə öz missiyasına sadiq qalacaq və bu taleyüklü günlərdə Sərdarapatın rəmzi zəngləri həqiqətin və ləyaqətin qələbəsinin əlaməti olaraq çalınacaq”.
Qeyd edək ki, 1918-ci ildəki "erməni qəhrəmanlıqları” silahsız azərbaycanlılara qarşı qətliamlar törətmək, indiki Ermənistan ərazisində - Qərbi Azərbaycanla yüzminlərlə insanı öldürmək, yurdundan qovmaq, Bakı da daxil olmaqla, Azərbaycanın müxtəlif ərazilərində soyqırımlar törətmək olub. Erməni terrorçuları yalnız AXC-nin yeni yaranan ordusu darmadağın edib.
Sərkisyan isə yenə yalançı tarixə sığınaraq, yenə xalqı döyüşməyə və qətliamlara səsləyir.
Xəbər 174 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR