Sərin hava şəraiti nə qədər davam edəcək?

Sərin hava şəraiti nə qədər davam edəcək?

Son bir neçə gündə Azərbaycanda havanın temperaturunun normadan aşağı düşməsi müvəqqəti haldır. Yaxın günlərdə hava şəraiti yay fəslinə uyğun sabitləşəcək.

Aktual.az bildirir ki, bunu report-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, iqlimşünas Məhərrəm Həsənov deyib.

İqlimşünas bildirib ki, yay fəslinin ortasında havanın temperaturunun aşağı düşməsi, yağıntıların olması xarakterik hal deyil: "Havanın qeyri-sabit keçməsinin səbəbi odur ki, cənubda, Aralıq dənizi üzərində formalaşan hava kütlələri ilə Atlantik okean üzərində formalaşan hava kütlələri srağagündən bütün Cənubi Qafqazda hakimlik edir. Bunun nəticəsidir ki, havanın temperaturu yay üçün xarakterik olmayan bir hala düşüb. Adətən belə hava şəraiti üç, maksimum dörd gün çəkir. Sonra isə hakim olan hava kütlələri öz yerini cənub hava kütlələrinə, tropik siklonlara verəcək və yenə havanın temperaturu yüksələcək".

Mütəxəssisin sözlərinə görə, avqust ayının 15-20-nə qədər havanın temperaturunun yüksək olması gözlənilir: "Havanın temperaturunun çox yüksəlməsi gözlənilmir, belə şəraitdən sonra havanın temperaturu ayrı-ayrı günlərdə günorta saatlarında, günün isti dövründə maksimum 37-38 dərəcəyədək qalxa bilər".

M.Həsənov qeyd edib ki, avqust ayının axırıncı ongünlüyündə hazırda müşahidə olunan hava şəraitinin yenidən yaranması ehtimalı var. 

Xəbər 773 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR