Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) arasında Anlaşma Memorandumu imzalanacaq.
Aktual.az Trend-ə istinadən bildirir ki, layihəyə əsasən, Böyük Britaniya hökumətinin maliyyə dəstəyi ilə ANAMA tərəfindən sərhədyanı rayonlarda evlərin, pay torpaqlarının və əkin sahələrinin mina və PHS-lərdən təmizlənməsi nəzərdə tutulur. Layihə sentyabr ayının ikinci yarısında başlayacaq və 2017-ci ilin mart ayında tamamlanacaq.