Sərhəddi qanunsuz keçmək istəyənlər saxlanılıb

Sərhəddi qanunsuz keçmək istəyənlər saxlanılıb

Yanvarın 7-də həyata keçirilmiş tədbirlər nəticəsində Biləsuvar rayonu ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Biləsuvar rayon sakinləri Cəfərov Fuad Abbasqulu oğlu və Rəhimov Samir Ataş oğlu 1000 qutu “MM” markalı və 470 qutu “Continental” markalı siqaretləri dövlət sərhədindən keçirməyə cəhd göstərərkən saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən  verilən məlumata görə, yanvarın 9-da isə həmin sərhəd zastavanın xidməti sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakinləri Əliyev Rövşən Tofiq oğlu, İbişov Elşad Rafiq oğlu və Qasımzadə Musa Azad oğlu narkotik vasitə olan 3,9 kq həşiş qətranı və 3,7 kq marixuana ilə saxlanılıb.

Yanvarın 10-da Füzuli rayon Əhmədalılar kənd ərazisindəki zastavanın xidməti sahəsində Azərbaycandan İrana keçməyə cəhd göstərərkən 3 nəfər Banqladeş Xalq Respublikası vətəndaşları Kansar Mohammad, Motabbar Mahin və Sarkan Anasdır saxlanıl­ıb. Saxlanılmış şəxslərin dövlət sərhədini pozmaqla İrana, oradan isə qaçaq yolla Türkiyəyə keçmək niyyətində olmaları müəyyən edilib.

Hər üç fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər 505 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR