2015-ci ildə dövlət sərhədini pozduğuna görə 461, sərhəd rejimi qaydalarını pozduqlarına görə 16 648 nəfər saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) 2015-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.
Həmin şəxslərin 55,1%-i Azərbaycan, 8,5%-i Özbəkistan, 7,6%-i İran, 4,3%-i Banqladeş, 3,9%-i Əfqanıstan, 2,6%-i Gürcüstan, 2,4%-i Moldova, 2,2%-i Rusiya, 1,7%-i Türkiyə, 1,3%-i Nigeriya, 1,3%-i Qırğızıstan, 9,1%-i isə digər ölkə vətəndaşları olublar.
İl ərzində 4011 nəfər axtarışda olan şəxs tutulub, 269 nəfər saxta, 30 nəfər özgəsinin sənədi ilə və 20 nəfər gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb.
2015-ci il ərzində 5 milyon 242 min manat dəyərində qaçaqmal tutulub, 164 kq 858 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. 21,1 ton yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.