Sərhəddə vəziyyətin gərginləşməsi hamımızı narahat edir - Putin

Sərhəddə vəziyyətin gərginləşməsi hamımızı narahat edir - Putin

Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi hamımızı narahat edir.
 
Aktual.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.
 
"Şadam ki, Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi dayandırmağa nail olunub. Lakin orada vəziyyət əvvəlki kimi gərgindir”, - o deyib.
 
Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığının məzmunu barədə həmkarına məlumat verdiyini bildirib: "Dünən axşam mən Ermənistanın baş naziri ilə danışdım – siz bu barədə bilirsiniz, mən sizə demişəm”.


Xəbər 444 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR