Sərhəddə iki nəfər saxlanıldı

Sərhəddə iki nəfər saxlanıldı

İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər sərhəddə saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən Aktual.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində Astara rayo­nu Alaşa kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahə­sində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran İslam Respublikası vətəndaşı 17.03.1969-cu il təvəllüdlü Qulaməli Sadiqi Gilande Vəliyallah oğlu saxlanılıb.

13.04.2017-ci il tarixdə Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi əmək­daşlarının birgə keçirdiyi tədbirlər nəticəsində Füzuli rayonu Kərimbəyli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahə­sində İran İslam Respublika­sından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran İslam Respublikası vətəndaşı 21.09.1974-cü il təvəllüdlü İsmayıl Bərzigir Abbas oğlu saxlanılıb.

Hər iki fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 
Aktual.az
Xəbər 286 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR