Sərhəddə 22 xarici vətəndaş saxlanıldı

Sərhəddə 22 xarici vətəndaş saxlanıldı

Axtarışda olan 440 nəfər aşkarlanıb.

Dövlət Sərhəd Xidməti tərəfindən 2016-cı ilin mart ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məq­sədyönlü tədbirlər həyata keçirilib, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə davam etdirilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən  verilən məlumata görə, ay ərzində dövlət sərhədini pozduqlarına görə 26 halda 38 nəfər saxlanılıb.

Saxlanılanlardan 16 nəfər Azərbaycan, 7 nəfər Banqladeş, 4 nəfər Özbəkistan, 4 nəfər Gürcüstan, 3 nəfər Nigeriya, hər ölkədən bir nəfər olmaqla İran, Belçika, Türkiyə və Moldova vətəndaşı olub. Sərhəd rejim qaydalarını pozarkən “yaşıl” sərhəddə 7 halda 14 nəfər, Xəzər dənizində 22 halda 45 nəfər, Sərhəd Nəzarət Məntəqələrində 599 halda 759 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb. 

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 440 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Xəbər 307 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR