Sərhədçilər and içdi

Sərhədçilər and içdi

31 iyul 2016-cı il tarixdə Dövlət Sərhəd Xidmətinin Lənkəran və Göytəpə şəhərlərində yerləşən hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Dövlət Sərhəd Xidmətindən  verilən xəbərə görə, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb. Tədbirlərdə çıxış edənlər yaradıcısı müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyev olan və 14-cü ildönümü qeyd edilən Dövlət Sərhəd Xidmətinin sıralarına qatılmaları münasibəti ilə gənc əsgərləri və onların valideyinlərini təbrik ediblər.

Milli sərhəd strateqiyasının təməlini qoyan Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunmasına xüsusi diqqət yetirərək Dövlət Sərhəd Xidmətinin yaradılması barədə tarixi qərarının ölkəmizın sərhəd mühafizəsi tarixində yeni mərhələnin başlanğıcı olduğu, Silahlı Qüvvələrin Ali Baş Koman­danı cənab İlham Əliyevin ali diqqət və qayğısı sayəsində dövlət sərhədlərimizin mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıldığı, dövlət sərhəd­lərimizin toxunulmazlığının təmin olunması istiqamətində davamlı dinamik inkişafa nail olunduğu çixışlarda xüsusi qeyd edilib. 

Gənc əsgərlərin valideyinləri yaradıl­mış şəraitə görə əlkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, öz övladlarını təbrik edərək vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər. Tədbirlər gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Xəbər 304 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR