"Əli Kərimlinin Azərbaycana, öz ölkəsinə sanksiya tələb etməsi bu adamın nə qədər mənəviyyatsız, nə qədər cılız və nə qədər antimilli olmasının növbəti, əyani göstəricisidir”.
Aktual.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.
Elşən Musayev sözlərinə belə davam edib:
"AXCP sədri hələ də anlamır ki, hakimiyyətə qarşı mübarizə aparmaqla dövlətə qarşı mübarizə aparmaq tamam fərqli şeylərdir. Bu yaramaz ünsür hələ də fərqində deyil ki, belə yanaşma, belə tərzlə, ilk növbədə, özünü rüsvay edir və gözdən salır. Bu xəyanətkar hələ də başa düşmür ki, sərgilədiyi namərdliklərlə heç nəyə nail ola bilməyəcək və çirkin arzusu ürəyində daim elə arzu olaraq da qalacaq.
Mənə bir sualın cavabı çox maraqlıdır: Görəsən, Əli Kərimli bütün fəaliyyəti boyunca bir dəfə də olsun Ermənistanla bağlı sanksiya tələbi, təşəbbüsü ilə çıxış edibmi? Etməyib! Etməz! Bilirsinizmi niyə? Çünki erməni ağıldadır. Çünki erməni ilə həmfikirdir. Çünki erməni kimi düşünür, erməni xislətinə sahibdir, erməni qədər Azərbaycana nifrət edir.
Bax, bu səbəbdən deyirik ki, AXCP sədri Azərbaycan siyasətinin üz qarasıdır. Həmişə də deyəcəyik”.
Xəbər 1144 dəfə oxunub.