Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Prezident İlham Əliyevi təbrik edib.
Aktual.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik edirəm.
Sizə ali dövləti vəzifənizdə bundan sonra da fəal və səmərəli iş, möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, həmişə əzizlərinizin və doğmalarınızın sevgisini arzulayıram.
Fürsətdən istifadə edərək, Rusiya və Azərbaycan xüsusi xidmət orqanları arasında əməkdaşlığın inkişafına göstərdiyiniz daimi diqqət və dəstəyə görə minnətdarlığımı
bildirmək istəyirəm. Bu əməkdaşlıq bundan sonra da təhlükəsizliyin və ölkələrimizin milli maraqlarının müdafiəsinin təmin edilməsi, regionda sülhün və sabitliyin qorunub
saxlanılmasının etibarlı qarantı olaraq xidmət göstərməyə davam edəcəkdir".
Xəbər 56 dəfə oxunub.