​Sergey Lavrov: "Suriya xalqı öz gələcəyini özü müəyyən edəcək"

​Sergey Lavrov:
  • DÜNYA

Terrorçulara və Suriyadakı böhranın güc yolu ilə həllinə bağlı olanlara danışıqlar masası arxasında yer yoxdur.


Aktual.az "Report"a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında Suriya münaqişəsinin nizamlanmasına dair qəbul olunan qətnaməni şərh edərkən bildirib.
"Biz hamımız bir məsələdə həmrəyik ki, müxtəlif qruplaşmalara aid terrorçulara, eyni zamanda münaqişənin həllini hərbi yolda görənlərə danışıqlar masası arxasında yer yoxdur", - deyə Lavrov bildirib.
Rusiya rəsmisi ümid etdiyini bildirib ki, danışıqlar prosesinin təşkil və müşayiət olunmasında üzərinə aparıcı rol düşən BMT-nin xüsusi elçisi Staffan de Mistura "balanslaşdırılmış xətt" tutacaq.
XİN rəhbəri qeyd edib ki, qəbul olunmuş qətnamədə dəqiq şəkildə qeyd olunub ki, Suriya xalqı öz gələcəyini özü müəyyən edəcək.

Xəbər 238 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR