Azərbaycan Demokrat Partiyası (ADP) sədri Sərdar Cəlaloğlunun qardaşı oğlu Rasim Məmmədov şəhid olub.
Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə S. Cəlaloğlu məlumat verib. O qeyd edib ki, R. Məmmədov bu gün cəbhə xəttində gedən döyüşlərdə həlak olub: “Hazırda hava limanında onun cənazəsini gözləyirik. Naxçıvanda dəfn ediləcək”.
R.Məmmədovun atası Əbdül Məmmədov Qarabağ müharibəsi iştirakçılarındandır.