Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Sənubər İsgəndərli 2015-ci ilin sənət adamları üçün ağır keçdiyini bildirib.
Aktual.az Publika.az-a istinadən xəbər verir ki, açıqlama verən aktrisa qəhərlənib:
"İlboyu ard-arda gözəl aktyor və aktrisalarımızı itirdik. İlin sonunda Ələsgər Məmmədoğlunu da son mənzilə yola saldıq. Özü də alqışlarla. Əslində, sənət adamlarına qalan elə tamaşaçı alqışı, tamaşaçı sevgisi olur. Aktyora bundan başqa heç nə qalmır".