İsveç parlamentinin sədri Andreas Norlenin 17 yanvar tarixində Türkiyəyə planlaşdırılan səfəri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop tərəfindən ləğv edib.
Aktual.az xəbər verir ki, PKK-çıların İsveçin paytaxtı Stokholmda terror xarakterli aksiyasına cavab olaraq Türkiyə tərəfi belə addım atıb.
Qeyd edək ki, rəsmi Ankara terrorçuların Stokholmdakı aksiyası ilə bağlı qarşı tərəfə etirazını çatdırıb.
Xəbər 241 dəfə oxunub.