"Sənsiz yaşaya bilmərəm" - HƏR KƏSİ GÖZ YAŞLARINA BOĞACAQ


Bakıda işlədiyi sexdə özünü trosla asıb intihar edən 15 yaşlı yeniyetmənin yazdığı son məktubu üzə çıxıb.

Aktual.az lent.az-a istinadən  xəbər verir ki, əməkdaşının əldə etdiyi məktub 15 yaşlı Teymur Həsənlinin sevdiyi qıza xitabən yazılıb.

Lent.az intihar hadisəsinin baş verdiyi çilingər sexinin sahibinin polisə verdiyi ifadəsini əldə edib. Usta bildirib ki, Teymur faciənin baş verdiyi gün səhərdən onunla işləyib. Hava isti olduğu üçün sonradan usta deyib ki, axşam tərəfi işlərini davam etdirərlər. Sexə qayıdanda isə qapının içəridən bağlı olduğunu görüb. Qapını açanda isə dəhşətlə üz-üzə qalıb. Teymurun trosdan asılmış bədəni sexdə onu qarşılayıb.

Teymur məktubunda sevdiyi qızın adını yazmayıb. Lakin son sözlərini sevdiyi qıza ünvanlayıb: “Səni çox sevirdim, ancaq sən mənim sevgimə cavab vermədin. Bilirəm ki, elədiyim günahdır. Ancaq bu dünyada sənsiz yaşaya bilmərəm”.

Aktual.az

Xəbər 3543 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR