Səhər yeməyində bir dilim tort yemək arıqlamağa kömək edir.
Aktual.az faktxeber.com-a istinadən bildirir ki, bunu türkiyəli alimlər sübut ediblər. Onların bildirdiyinə görə, 90 kilo ağırlığında olan bir adam bu üsulu tətbiq edərək, 8 ayda 20 kilo arıqlaya bilər. İsrailin Hebrev və Ariel universitetlərinin artıq çəkili 193 nəfər üzərində apardıqları araşdırma zamanı müəyyən olub ki, səhərlər bir dilim tort yeyənlər digərlərinə nisbətən daha tez arıqlayırlar. Alimlər bildiriblər ki, insanların həzm sistemi səhərlər daha aktiv fəaliyyət göstərir.
Onların gəldiyi nəticəyə görə, səhər yeməyində yeyilən tort gün ərzində keks və ya tort kimi qidalara olan tələbatı azaldır.