Əli Kərimli yenə xaotik açıqlamaları ilə gündəmdədir. Adam dayanmır. Sakitləşmir. Öz şərəfsizliyinə ara vermir. Üstəlik, trollarına da bərk-bərk tapşırıb ki, bunun haqda danışanları, yazanları, daha dəqiq desəm: Əli Kərimlini faktlarla, sübutlarla ifşa edənləri hədəf alsınlar.
İnsanlıqdan uzaq olan bu məxluqata bir-iki kəlmə sözüm var:
Əvvəla, əgər səndə yarım qram kişilik varsa, qalıbsa, cəsarətin çatırsa, üzbəüz gəl. Fərq etməz, seçkidə və ya debatda. Yetər ki, gəl! Yoxdursa, səsini kəs və daldada səfeh-səfeh variantlarla, lələkləri "göz oxşayan” qaraguruh qıpçaqlarla üstümüzə gəlmə.
İkincisi.... Sən ömrün boyunca nakişilik elədin, meydandan qaçdın, siçan deşiyində gizləndin, kimlərinsə ağzı ilə danışdın, sadəcə monitor arxasından boylandın, ortalıqda görünmədin. Və indi də sosial şəbəkələr və özünə aid internet saytları üzərindən (öz aləmində) hücuma keçmisən. Oysa, bir həqiqəti o yekə qulaqlarına sırğa elə və qətiyyən unutma: Bitmisən! Tükənmisən! Faydasızdır, canfəşanlığın. Neyləsən də nəticəsi olmayacaq. Olsa da, tərsinə olacaq. Bumeranq effektli olacaq. Bütün riyakarlıqların, yaramazlıqların öz təpəndə çatlayacaq. İstəyirsən haqqımda veriliş hazırlatdır, istəyirsən kino, istəyirsən reportaj, istəyirsən palaz-palaz yazılar...Mənə toxuna bilməyəcəksən! Əksinə, bundan sonra sənin kimi zırramaların, siyasi qolçomaqların, vətən xainlərinin dərsini, cavabını daha da böyük həvəslə, həzzlə, şövqlə, 10 qatı ilə, 100 qatı ilə verəcəm və qaytaracam.!
Üçüncüsü... Boykotşünassan, bayquşşünassan, nəsən, bilmirəm. Amma seçkiyə gedənləri, hətta 3-4 ay əvvələ qədər müttəfiq dediyin "Müsavat”ı belə hədəfə alman, hər kəsi öz trolların vasitəsilə təhqir etdirmən ondan xəbər verir ki, sən həqiqətən xəstəsən, rəzilsən, şərəfini itirmiş birisən, hikkəsinin içində boğulan şarlatansan.
Nəhayət, dördüncüsü.... Qışqıra-qışqıra qalmısan ki, partiya sədrliyini əlimdən almaq istəyirlər. Heyhat! Kim? Niyə? Harda? Nə vaxt? Yenəmi başladın hallüsinasiyalar görməyə? Yenəmi "kafa” getdi? Yenəmi mövzu axtarışındasan?
A bəy, unutma ki, sənin təşkilatının adındakı hərflərin sayı üzvlərinin sayından daha çoxdur. Bir şeyi (olmayan) ağlına pərçimlə ki, sənin statusun kimsənin umurunda deyil. Məlum həqiqətlə gecindən də olsa barış ki, sənin ”axcp”n elə sadəcə sədrdən ibarətdir və balaca uşaq kimi dalınca qaçdığın həmin "sədrlik” rəsmi qeydiyyata ha düşdü, ha düşmədi - heç nə dəyişmir!
Yəni, siravi üzv kimi də rəhbər özünsən, bağban kimi də, kisəçi kimi də, masajçı kimi də, sədr kimi də...
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.
Xəbər 475 dəfə oxunub.