“Sənin milli birlik haqda danışmağa mənəvi haqqın yoxdur, Arif Hacılı!” – Deputatdan sillə kimi sözlər...

“Sənin milli birlik haqda danışmağa mənəvi haqqın yoxdur, Arif Hacılı!” – Deputatdan sillə kimi sözlər...

O gün sosial mediada gördüm. Arif Hacılı buyurubmuş ki, demə bəs Qarabağdakı qələbəmizin əsas səbəbi, səbəbkarı radikal müxalifət və onlar tərəfindən sərgilənən milli, vətəndaş birliyi imiş.
Bəli. Düzgün oxudunuz. Elə bu cür də deyib.
Milli birliyin, vətəndaş həmrəyliyinin olması yox, olmaması üçün əlindən gələni edən adam, erməni vəhşiliyinə qarşı Partiyaların imzaladığı bəyanatları görməzdən keçən adam, bütün dialoq təşəbbüslərindən yayınan adam, övladı saxta "erməni soyqırımı” haqda sənədli film çəkən birini özünə başqan seçən adam, açıq hərrac formasında, bazar rejimində illər boyunca "partiya bileti satan və bu minvalla...xaricdəki "manqurt şəbəkəsi”nin formalaşmasında faktiki rol alan adam - utanmadan, qızarmadan, abır - həya etmədən məhz (!) belə bir açıqlama ilə çıxış edib.
Edib və....özünü, ətrafındakı qaraguruh toplusunu məlum yalana inandırmağa çalışıb.
Bu səbəbdən, düşünürəm, bəzi məqamlar var ki, onları mütləq, gec olmadan, anındaca, yerindəcə Hacılıya xatırlatmaq gərək!
Əvvəla,
nə sənin, nə zurnasını götürüb Avropa turnesinə yollanmaq üçün dəridən-qabıqdan çıxan Əli Kərimlinin, nə də sizəbənzər radikalların ümumiyyətlə milli birlik haqda danışmağa mənəvi haqqı yoxdur. Bilirsənmi niyə? Çünki həmin birliyi sarsıtmaq üçün zaman-zaman bütün cəhdləri etmisiz. Çünki siz daim - birlik yox, dirlik təfəkkürü ilə hərəkətlənmisiz, bu ölkəyə bostan gözü ilə baxmısız və ona görə də hakimiyyətdə olduğunuz 1 il müddətində hər şeyi yağmalamısız, yığmalamısız, dağıtmısız, sökmüsüz, talamısız!
İkincisi...Sən və sənin başqa tayın olan Əli Kərimli - bu gün də düşünürsünüz ki, saxta - ütülü çıxışlar etməklə, bəlağətli yalanlar söyləməklə, boğazdan yuxarı kül üfürməklə nəyəsə nail olmaq mümkündür. Xeyr! Elə deyil! O dövr getdi! İnan, çoxdan getdi! Artıq bu millət öz birliyini, həmrəyliyini məntiq, güvən əsasında formalaşdırır və...həmin məntiqi, güvəni də Arif Hacılı kimi hoqqabazın, Əli Kərimli kimi yaramazın deyil, məhz öz müdrik Prezidentinin, ləyaqətli Liderinin timsalında tapıb. Onu Şuşaya, Xankəndiyə qovuşduranın timsalında tapıb. Verdiyi bütün sözlərə əməl edən, xalqını, dövlətini göz bəbəyi kimi qorumağı bacaran İlham Əliyevin timsalında tapıb!
Üçüncüsü...Partiyaların yenidən qeydiyyatı zamanı - reyestr sayının düzəlməsi üçün - az qala məhəlləsindəki maşın yuyandan, gözətçidən belə imza dilənən, mədəd uman birisi, ətrafında 5 adama öz avtoritetini, böyüklüyünü, xarizmasını qəbul elətdirə bilməyən birisi, 2020-ci il Parlament seçkilərində 31 məntəqədən 200 səs (!) alan birisi əsla və əsla böyük mövzulardan - ələlxüsus da millət və dövlət adına olan mövzulardan bəhs etməməlidir! Edə bilməz!
Bəxtiyar Hacıyevin telefonundakı videolara, yazışmalara and olsun ki, – bilməz!
Nəhayət, dördüncüsü...
Bu xalqın, bu vətəndaşın Allahı, bəxti onda gətirib ki, onun birliyi, həmrəyliyi və bütövlüyü sənin kimi hərdəmxəyalın, Əli Kərimli kimi avantüristin, Cəmil Həsənli kimi "qeyrət dığarcığı”nın ümidinə qalmayıb.
Yoxsa, həqiqətən, vay olardı halımıza.
Batardıq - "Müsavat”, "AXCP” batan kimi...

 
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

Xəbər 66 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR