Almaniya kansleri Angela Merkel Avropaya gələn qanuni miqrantların və qaçqınların probleminin həll olunmayacağı təqdirdə Şengen zonasının mövcudluğunun sual altında qalacağını deyib.
Aktual.az-ın modern.az-a istinadən verdiyi məlumata görə, hökumət rəhbəri Avropa Birliyi daxilində vizasız rejimin gəlcəyinin miqrant problemi ilə sıx bağlı olduğunu diqqətə çatdırıb: "Şengen zonası layihəsi çox önəmlidir. Amma qanuni miqrasiyanı leqal miqrasiyaya çevirməsək, Şengen indiki halında qala bilməyəcək".
Statistik məlumatlara görə, Almaniya təkcə 2015-ci ildə 1 milyona yaxın mühacir qəbul edib.
Aktual.az