Xalq artisti Fatma Mahmudova sənət aləmindəki düşmənlərindən danışıb.
Aktual.az axşam.az-a istinadən xəbər, aktrisa "ATV maqazin onlarla" verilişində çox sənət dostunun onun paxıllığını çəkdiyini bildirib:
"Düşmən var ki, özünü gizlədir. Amma sənət aləmində düşmənlər var ki, gizlənə bilmirlər. Qalmaqal sevən deyiləm. Öz işlərimlə məşğul olan adamam. Aravuranlar çoxdur. Onlara demək istəyirəm ki, keçmişimizi unutmayaq. Nə mən, nə də qızım heç kimlə düşmənçilik etmirik. Sənət adamına düşmənçilik yaraşmaz. Mənim sənət aləmindəki düşmənimi hamı bilir, tanıyır. Onun mənə qarşı olan baxışlarından bunu görməmək mümkün deyil".