Sənət adamlarından Vəfa Zeynalovaya: “Savadsız olasan, bu qədər irəli gedəsən…”

Sənət adamlarından Vəfa Zeynalovaya: “Savadsız olasan, bu qədər irəli gedəsən…”

Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Vəfa Zeynalova A24.Az "Cavabım var” layihəsinin qonağı olub. Aktrisanın layihənin təqdim etdiyi 10 sualdan heç birinə düzgün cavab verə bilməməsi sosial şəbəkədə müzakirə obyektinə çevrilib.


Bundan əlavə o, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan "Məhəmməd Əmin Rəsulzadənin hansı əsərini tanıyırsınız?” sualına aktrisanın "yazmayıb” cavabı ictimai qınağa səbəb olub.

Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Vahid Əliyev AzNews.az-a açıqlamasında bildirib ki, insanı sual-cavabla yoxlamaq düzgün deyil:

"İnsan hər şeyi bilə bilməz. Hər şeyi bilmək ancaq yaradana xasdır. Vəfa Zeynalova sualları bilməyibsə, bilməyib, bu o demək deyil ki, onu tənqid etmək lazımdır. Vəfa çox gözəl aktrisadır. Məhəmməd Əmin Rəsulzadənin əsər yazmağından mənim də xəbərim yoxdur. Bu o demək deyil ki,bizi tənqid etmək lazımdır. Düşünürəm ki, Rəsulzada ancaq Azərbaycan tarixi istiqəmətində əsər yaza bilər. Onun "Qaranlıqda işıqlar” tamaşasından da məlumatsızam. Məhəmməd Əmin Rəsulzadənin adı 1990-ci ildən sonra hallanmağa başlayıb. Sovet sistemi olduğundan onun adı hallanmırdı və bu da təbiidir. Çünki bunu universitetdə öyrətməyiblər.”

Müğənni Əli Mirəliyev isə qeyd edib ki, bu günkü cəmiyyətin ən böyük bəlası Azərbaycan tarixini bilməmələridir:

"Cəmiyyət tarixi şəxsiyyətləri tanımır. Bu əsrin bəlasıdır. Əvvəl Bədii Şura vardı. Əgər kimsə şairi, bəstəkarı tanımırdısa, onu bu şura efirə buraxmırdı. Bədii Şura yaranarsa, pulla fəxri ad almaq olmayacaq. Şura ondan tələb edəcək ki, Məhəmməd Əmin Rəsulzadəni, Əhməd Cavadı tanıyasan. Xalq artisti Səməd Səmədovdan Azərbaycan himninin kim tərəfindən yazıldığını soruşdular, bilmədi. Xalq artisti himnin müəllifini tanımır, Əməkdar artist də Məhəmməd Əmin Rəsulzadənin əsərləri. Bu millət üçün faciədir. Bütün bunlar həmin quruma baxanların vecinə də deyil ki, onların savadı var ya yox. Bəs, bizim torpaqlarımız niyə işğal olundu? Tarixini bilməyən insanın gələcəyi yoxdur. Xalqın bütün nümayəndələri kimi, sənətkarları da hər sahədə kamil olmalıdır. Ölkə savadsızlıqlar diyarına çevrilib. Savadsızlığımızla cəhənnəmin quyusunda yanırıq. Savadsız olasan, belə də irəli gedəsən…Efirlər, mədəniyyətə baxan insanlar belə savadsızlara şərait yaradır. Bu bizim ən böyük bəlamızdır.”

 

Xəbər 767 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR