Sənədsiz ov tüfəngləri yığışdırılır

Sənədsiz ov tüfəngləri yığışdırılır

Daxili İşlər Nazirliyindən Aktual.az-a  verilən məlumata görə, Şəki Şəhər rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şirinbulaq kəndində Bakı şəhər sakini Mehman Məmmədovdan müvafiq sənədləri olmayan "Baykal" markalı ov tüfəngi və 15 ədəd patron götürülüb.

Bundan başqa, Qəbələ RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tüntülü kənd sakini Bəhruz Rəşidovdan müvafiq sənədləri olmayan "Tula" markalı ov tüfəngi götürülüb.

Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Ağsu rayon sakini Elşən Kərimovdan müvafiq sənədləri olmayan "İJ-18 E" markalı ov tüfəngi götürülüb.

Həmçinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 13-də Talalar kənd sakini Kamran Musayevdən müvafiq sənədləri olmayan "İJ-1807" markalı, Hənifə kənd sakini Aydın Çıraqovdan müvafiq sənədləri olmayan nömrəsi silinmiş ov tüfəngləri götürülüb.

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Yardımlı rayon sakini Samir Abbasovdan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş "İJ-16" markalı ov tüfəngi götürülüb.
 
Aktual.az
Xəbər 720 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR