“Sən yolun yox, yolsuzluğun xəritəsini göstərə bilərsən!” – Deputatdan Əli Kərimliyə sərt sözlər...

“Sən yolun yox, yolsuzluğun xəritəsini göstərə bilərsən!” – Deputatdan Əli Kərimliyə sərt sözlər...

"Əli Kərimli indi də utanmadan efirə çıxıb "yol xəritəsi” təqdim edir. Müxalifətin yol xəritəsini. Həyatının, vicdanının, mənəviyyatının xəritəsi olmayan adam bütöv müxalifət adına "yol xəritəsi” təqdim edir. Təsəvvür edirsinizmi? Bax, bu qədər abırsızdır, Əli Kərimli! Bax, bu qədər "qırmızı” dır,  utanmazdır, Əli Kərimli!”.
 
Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Bu siyasət qırıntısı "ana müxalifət” olmağa iddialıdır, amma 5 min insan yığa bilmir ki, Partiyası qeydə alınsın.  Hərgah, 10 illər boyunca ağzını açanda yekə-yekə danışırdı ki, yüz minik – filanıq. Bəs hanı o insanlar? Hanı o yüz minlər? Haradadırlar? Ona görəmi Ədliyyə Nazirliyinə cəmi 5100 adamın (o da hələ məlum deyil, neçəsi dəqiqdir) siyahısını vermisən və ardınca da qabaqdangəlmişlik, şantaj edirsən?

Təbii ki, yoxdur ətraflarında adam. Tükəniblər. Bitiblər. Ona görə də özlərinə belə əl qatırlar, panikadadırlar, rabitəsiz fikirlər söyləyirlər.

Yol xəritəsi! Yox bir, kol xəritəsi! Sən yolun yox, yolsuzluğun xəritəsini verə və göstərə bilərsən. Amma illah ki, inad etsən yol göstərməliyəm, o halda "bir insan necə rəzil ola bilər”, "bir insan nə qədər vicdansız, ləyaqətsiz ola bilər”, "bir insan nə qədər satqın və anti-milli ola bilər” kimi mövzular üzərindən kimisə istiqamətləndirə, kiməsə məsləhət verə bilərsən. Vəssalam. Başqa heç nə. Çünki sənin üçün bu həyatda yol deyilən bir şey yoxdur. Sənin üçün bu həyatda amal deyilən bir şey yoxdur. Sənin üçün bu həyatda müqəddəs heç nə yoxdur. Sənin üçün ancaq şəxsi maraq var, şəxsi ambisiya var, şəxsi çıxarlar var. Yalnız və yalnız...!” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər 841 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR