RəsulQuliyev son vaxtlarşouəhlinixatırladır. Adam üçünpiarınqara, ağfərqiqalmayıb. Ənaxırıncıyolladareklamdançəkinmir.Hərhaldabeləolmasaydı, ölkəbaşçısınınBakıDərinÖzüllərzavodundasöylədiyinitqdəkiabstrakthədəf subyektajındaözünügörməz, yuyulmamışçömçəqiyafəsinəgirməz, təcili “Meydan.Tv”-yəmüsahibəverməz, Cevaraobrazıiləmaskalanmazdı…
***
Yadıma 2005-in payızı düşdü. Rəsul Quliyev Bakıya doğru yol almışdı. Guya. Emissarlarına xəbər yollamış, insanları hava limanında qarşıdurmaya səsləmiş, yağmasa da babatca guruldamışdı. Amma niyəsə son anda bu “möhtəşəm”qayıdışdan imtina elədi. Daha doğrusu, sözü hərəkətə dövr etməyə cəsarəti çatmadı. Bakı üzərindən fırlanıb Simferopola istiqamət götürdü. Orda da “Interpol”un əlinə keçincə təyyarənin bir küncünə sığınıb segah üstündə sentimental açıqlamalar verməyə başladı. Adam elə yazıq, elə məzlum surət almışdı ki, tanımasan dağınıq telini tumarlayardın...
Sonra anası, qardaşı rəhmətə getdi. Düşündük, bu dəfə gələr.Çün, siyasi arenada bənzər presidentlərəzaman-zaman şahidlik etmişik. Məsələn, hətta şəxsinə münasibətin birmənalı olmadığı Mütəllibov belə ölüm ayağında olan övladının vəsiyyətindən xəbər tutan kimi dərhal bilet alıb Bakıya dönməyə qərar vermişdi. İqtidar da yazılmayan qanunları nəzərə alıb öz jestini elədi. Ona toxunulmadı. İnsanlıq faktoru siyasəti üstələdi. Hərçənd Heydər Əliyev qardaşı Həsən Əliyevin yas mərasiminə gələrkən ona zamanında həmin jest edilməmiş, Ulu Öndər elə hava limanındaca sui-qəsdə məruz qalmışdı...
Müxtəsər, bəzən hamıdan öndə olmaq üçün hamıdan fərqli şeylər eləməlisən! Vacibatdır bu...
***
Quliyevin uzun illərdən bəri yaşadığı komplekslər isə deyəsən yenə baş qaldırıb. Və daha residiv formada. Yoxsa heç lüzum yoxkən, daha dəqiqi - müəllimə “ayın neçəsidir?” sualı verilməzkən tutaq: ”Mən o vaxt “Əsrin Müqaviləsi” ilə bağlı Heydər Əliyevə öz iradlarımı bildirdim. Dedim, ayıbdır, belə müqavilə şərtləri olmaz” – tipli sərsəm açıqlamaları niyə ard-arda sıralayaydı ki?
Heydər Əliyev həyatda yoxdur. Təbii, şahid də yoxdur. Amma məntiq qanunauyğunluğu deyilən bir şey var axı. Rəsul Quliyev və...Heydər Əliyevə cavab qaytarmaq. Üstəlik, bu etirafları 20 il sonraya ertələmək...
P.S “İki şəxsiyyətlik” sindromu deyilən zadın bu olması gərək.
(Rəsul Quliyevin müsahibəsindən) Sitat -1: “Şahdəniz-2” yatağı ilə bağlı müzakirələr davam edərkən üzümü Heydər Əliyevə tutub dedim ki, “Cənab Prezident, daha bu şouda iştirak etmək istəmirəm. Mən getdim”. Mən gedəndən 1 saat sonra isə iclas bitdi”
Sitat-2: “İlham Əliyevi müşavirədə görmədim. Bəlkə də mən oturan sırada olub, amma mən dəqiq görməmişəm”
Sitat-3: “Xoşbəxt Yusifzadənin çıxış etdiyi zaman İlham Əliyevə tez-tez baxmasından anladım ki, məcburən danışır”(Bu cümlə dünən təxminən gecə 2.40 radələrində “Meydan Tv” və “Azadlıq. Info”-nun saytından çıxarılıb)
Sitat-4: “Bu iqtidarın bütün fəaliyyəti korrupsiya ilə hakimiyyəti qorumağa yönəlib”
Borclu çıxan biz?!
***
Qəhrəman olmaq istəyi hamının haqqıdır. Etiraz eləmirəm. Amma qəhrəmanlıq haqqında çox düşünənlərin qəhrəman olmağa zamanı qalmır. Bu da ayrı bir həqiqət.
Sən, Milli Məclis sədri deyil, uzağı “JEK” müdiri olmalı adamidin. Ən azından ağlınla işin arasındakı kontrast pozulmasın deyə. Sadəcə yerin səhv düşmüşdü. Yenə çox şükür, axırda öz qəlibinə girdin, rahatladın. Yaradan böyükdür.
Tanrı və təbiət bəzi insanların üzünə elə doğuşdan “rişxənd damğası” vurur. Sən o tiplərə çox yaxınsan, Rəsul Quliyev! Həm də bütün parametrlərinlə: şivənlə, səsinlə, yerişinlə, duruşunla, üzündən dürr eləyib tökülən “intellektinlə”...
22 il Amerikada yaşayıb ingilis dilini öyrənməmək, hələ də tərcüməçi ilə gəzmək üçün adamdan hansı “fitri istedad” tələb olunursa , həmin “istedadın”yüz qatı qədər tələb dəbir vaxt - hesabına vəzifə sahibi olduğun, karyera qurduğun, başına and içdiyin, yanında quyruq buladığın, az qala aldığın nəfəs barədə belə məruzə elədiyin insanların üzünə ağ olmaq üçündür.Sən bu “keyfiyyətlərin” “full paket”inə sahibsən, Rəsul Quliyev!
Arzu və reallıq çox fərqlidir. Eynən nağıl və gerçəklik kimi. Ayrıca, Vaşinqton və Masazırdan bəyənat verməyin, canlı və distansion siyasət yürütməyin də ciddi ayrıcalıqları var. Odur ki,malı-mala qatma. Siyasi psixozunu saytlara etaplama. Yuxun qaçan kimi irəliləyən fantaziyalarını camaata həqiqət formasında sırıma. Lütfən.
Bir “KVN” zarafatına tab gətirməyən, sarayın dəhlizindəcəŞən və Hazırcavablar Klubunun üzvlərinə hədə yağdıran, nəhayətində isə Heydər Əliyevin bir baxışı ilə “farağat” qalıb sözünü geri qaytaran, dili topuq çalanRəsul Quliyev hər yerdə: qəbulda da, iclasda da, dəhlizdə də, hətta güman ki, evində dörd divarla baş-başa qaldığında da bənzər səksəkəni yaşayıb. Ki, birdən hansısa səhv ya qələt ucbatından qulağına tərs şapalaq endirilər. Növbəti dəfə yeri, həddi bildirilər!
İndi hamam güzgüsü qabağında kişilənməyə nə var ki?
Elşən Musayev/Milli Məclisin deputatı